Bazar , 11 Yanvar 2026
Drone Cameras

Çexiya ukraynalı qaçqınlara kömək üçün 1,59 milyard dollar xərcləyib

Çexiya 2022-ci il fevralın 24-dən bu il martın sonuna qədər Ukraynadan olan qaçqınlara yardım göstərmək üçün təxminən 1,59 milyard ABŞ dolları xərcləyib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Çexiya Maliyyə Nazirliyinin məlumatında deyilir.

Məlumatda həmçinin o da qeyd olunub ki, 100 minə yaxın ukraynalı Çexiyaya gələn kimi işə başlayıb, bu isə o deməkdir ki, vəsaitin əhəmiyyətli hissəsi vergilər və rüsumlar formasında Çexiya iqtisadiyyatına qaytarılır.

Qeyd olunur ki, vəsaitin böyük hissəsi sosial müavinətlər, qaçqınların yerləşdirilməsi və normal yaşayışı üçün, eləcə də səhiyyəyə xərclənib.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …