Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ceyhun Bayramov: “Azərbaycan Cənubi Qafqazda Aİ-nin əsas ticarət tərəfdaşıdır”

“Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqının (Aİ) ən böyük ticarət investoru və strateji enerji tərəfdaşıdır”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 8-də Vilnüsdə litvalı həmkarı Gabrielius Landsberg ilə görüşündən sonra keçirilən brifinqdə deyib.

O qeyd edib ki, Azərbaycanın ticarət dövriyyəsinin 40 faizi Aİ-nin payına düşür.

Nazir Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın tranzit ölkə kimi rolunun daha da artacağını vurğulayıb.

Onun sözlərinə görə, 2022-ci ildə Azərbaycan ərazisindən keçən tranzit həcmi təxminən 75% artıb.

Xarici işlər naziri qeyd edib ki, parlamentlərarası əməkdaşlıq Aİ ilə Azərbaycan arasında əməkdaşlığın mühüm istiqamətidir: “Bunun üçün parlamentlərarası münasibətlər çərçivəsində dostluq qrupları arasında əlaqələrin daha da genişləndirilməsi vacib əhəmiyyətə malikdir”.

C.Bayramov Vilnüsə səfəri çərçivəsində Litva ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 7-ci iclasının keçiriləcəyini xatırladıb: “Bu görüşdə biz ikitərəfli gündəliyin bir sıra mühüm məsələlərini müzakirə edəcəyik. Görüşün nəticəsi olaraq gələcək əməkdaşlığımızın praktiki istiqamətlərini müəyyən edəcək, eləcə də ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni, enerji, humanitar və sosial sahələrdə əməkdaşlığı daha da canlandıracaq protokol imzalayacağıq”.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …