Bazar , 19 May 2024
Drone Cameras

Ceyhun Bayramov: “Yaxın gələcəkdə ilk məcburi köçkün ailələrinin evlərinə qayıtmasının şahidi olacağıq”

“Azərbaycan azad olunmuş ərazilərinin yenidən inteqrasiyası istiqamətində sürətlə irəliləyir”.

Boyukmillet.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramovun Antalya Diplomatik Forumunun tviter səhifəsində paylaşılan videomüraciətində bildirib.

“Noyabrın 8-də Azərbaycanda Qələbə Gününü qeyd etmişik. Ötən il 44 günlük Vətən müharibəsi nəticəsində biz torpaqlarımızı erməni işğalından azad etdik. Bu qələbə ölkəmin tarixində yeni dövr açdı, beynəlxalq haqq-ədaləti, ev-eşiklərini tərk etmək məcburiyyətində qalmış 1 milyon insanın hüquqlarını bərpa etdi. İndi qarşımızda azad edilmiş əraziləri minalardan təmizləmək və bərpa etməklə bağlı yeni mühüm vəzifələr durur. Azad edilmiş ərazilərin yenidən inteqrasiyası istiqamətində böyük işlər görmüşük. Yaxın gələcəkdə ilk məcburi köçkün ailələrinin öz evlərinə qayıtmasının şahidi olacağıq. Cənubi Qafqazda uzun müddətdir həsrətində olduğumuz sülhün və əmin-amanlığın bərqərar olacağına inanırıq. Azərbaycan regionda sülhü, sabitliyi, rifahı gücləndirmək istiqamətindəki səylərini davam etdirəcək”, – müraciətdə deyilir.

Check Also

Ekspert: Qazaxıstan platforması Bakı ilə İrəvan arasında danışıqlar üçün əsas ola bilər

Qazaxıstan platforması Azərbaycan və Ermənistan arasında danışıqlar üçün əsas məkan ola bilər. Qazaxıstan platformasını qiymətləndirərkən …