Çərşənbə axşamı , 7 Aprel 2026
Drone Cameras

Çin BMT Təhlükəsizlik Şurasının Hörmüz boğazına dair qətnaməsinə veto qoyub

Çin BMT Təhlükəsizlik Şurasının Hörmüz boğazına dair qətnaməsinə veto qoyub.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Al-Jazeera” telekanalı məlumat yayıb.

Qeyd edilib ki, Təhlükəsizlik Şurasının 11 üzvü qətnamənin qəbul edilməsinə, Rusiya və Çin əleyhinə səs verib, Pakistan və Kolumbiya isə bitərəf qalıb. Bununla əlaqədar olaraq qətnamə qəbul edilməyib.

Xatırladaq ki, Fars körfəzi ərəb dövlətləri adından qətnamə layihəsinin təşəbbüskarı qismində Bəhreyn – Təhlükəsizlik Şurasının fəaliyyətdə olan sədri çıxış edib. Sənədi regionun digər ölkələri və ABŞ fəal şəkildə dəstəkləyib.

Qətnamə BMT-yə üzv dövlətlərə kommersiya gəmiçiliyinin qorunması və Hörmüz boğazında və onun ətrafında tankerlərin hərəkətinin bərpası üçün bütün zəruri vasitələri (o cümlədən müdafiə xarakterli hərbi qüvvəni) tətbiq etmək səlahiyyəti verməli idi. Qüvvədə olma müddəti – ən azı altı ay və ya Təhlükəsizlik Şurasının ayrıca qərarına qədər.

Check Also

KTMT-də erməni böhranı: Lukaşenko narazılığını gizlətmədi, İrəvana açıq mesaj göndərdi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanla işində çox diqqətli və korrekt olması lazımdır. Bu barədə …