Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Çin Rusiyanı bu nəhəng layihədən kənarlaşdırdı

Çin Rusiyanı “Boinq” və “Airbus”la rəqabət aparacaq “CR929” geniş gövdəli sərnişin təyyarəsi layihəsindən tamamilə kənarlaşdırıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Air Current” nəşri məlumat yayıb.

Məlumata görə, Çin Rusiyanın bütün materiallarını Qərb şirkətlərinin materialları ilə əvəz edib:

“İndi “CR929”un yeganə yaradıcısı Çinin COMAC şirkətidir, baxmayaraq ki, addakı “C” hərfi Çin, “R” isə Rusiyanı ifadə edir. Mühərrik üçün Çin şirkəti “Rolls-Royce” və “General Electric”i cəlb edib”.

Qeyd edək ki, təyyarəyə Rusiyaya məxsus PD-35 mühərriki quraşdırılmalı idi.

Check Also

ABŞ-də itkin düşən təyyarənin sərnişinlərinin axtarışları dayandırılıb

ABŞ Sahil Mühafizəsi Nantaket adası (Massaçusets ştatı) sahillərində itkin düşmüş təyyarənin altı sərnişininin iki gün …