Cümə , 29 Mart 2024
Drone Cameras

“CinemaPlus”da “Babylon” filminin premyeradan öncə nümayişi keçirilib

“28 Mall” ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında tarixi komediya-dram janrında olan “Babylon” Amerika filminin premyeradan öncə nümayişi keçirilib.

Boyukmillet.com xəbər verir ki, film 1920-ci illərin sonlarında, Hollivudun səssiz kinodan səsli kinoya keçidi zamanı, bir çox personajların yüksəlişi və enişindən bəhs edir.

Rejissor və ssenari müəllifi Demyen Şazelldir.

Baş rollarda Bred Pitt, Marqo Robbi, Dieqo Calva, Cin Smart, Covan Adepo və Li Cun Li oynayır.

Tədbirdə şou-biznes ulduzları, jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak ediblər.

Qonaqlar, “S Dizayn” dekorasiya şirkəti tərəfindən yaradılmış 20-ci illərin sonlarının ab-havasını hiss etdilər. İfaçılar Qorqud və Mado Salih retro mahnıları ilə gecəyə rəng qatıblar. Saksofonçu Emin Kazımzadə gözəl caz melodiyaları ifa edib. “A1” rəqs qrupundan kabare üslubunda parlaq alovlandırıcı şou oldu.

Həmçinin tədbirin təşkilinə “MADO” restoranı, “Astoria Wines Azerbaijan” İtalyan şirkəti və “ArtEast Group” reklam agentliyi də dəstək olub.

Gecə filmin nümayişi ilə başa çatıb.

Check Also

Afaq Bəşirqızı “Bəxt üzüyü”ndə rejissora hansı şərti qoymuşdu?

Xalq artisti Afaq Bəşirqızı “Bəxt üzüyü” filmi ilə bağlı maraqlı fakt açıqlayıb. Boyukmillet.com olay-a istinadla …