Bazar , 19 May 2024
Drone Cameras

Çinin Parisdəki səfirinin sözləri Baltikyanı ölkələri narahat edib

Latviya, Litva və Estoniya Çinin Fransadakı səfiri Liu Şayenin bəyanatından sonra koordinasiya olunmuş şəkildə öz ölkələrindəki Çin diplomatik nümayəndələrini dəqiqləşdirməyə çağırmaq qərarına gəliblər.

Boyukmillet.com xəbər verir ki, bu barədə “BNS” agentliyi yazıb.

Litva Xarici İşlər Nazirliyi bildirib ki, Çin nümayəndələrini çağırmaq üçün belə bir razılaşdırılmış qərar verilib.

Qeyd edək ki, Çinin Fransadakı səfiri Liu Şayenin keçmiş SSRİ respublikalarının suverenliyi və Krımın mülkiyyəti ilə bağlı sözləri Ukrayna və Baltikyanı ölkələrini qəzəbləndirib. Diplomatın postsovet məkanı ölkələrinin beynəlxalq hüquqda effektiv statusa malik olmadığı, çünki onların suveren ölkə statusunu müəyyən edən zəruri saziş olmadığına dair sözləri tənqidlərə səbəb olub.

Check Also

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 22 nəfər həbs olunub

Türkiyənin Şanlıurfa və Konya şəhərlərində İŞİD terror təşkilatına qarşı yeni əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, …