Cümə axşamı , 5 Noyabr 2026
Drone Cameras

Çinin şərqində helikopter qəzaya uğrayıb, 1 nəfər ölüb, 4 nəfər yaralanıb

Çinin şərqində yerləşən Szyansu əyalətinin Suçjou şəhərində helikopter qəzası nəticəsində azı bir nəfər ölüb, daha dörd nəfər yaralanıb.

Boyukmillet.com “Sinxua” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli iqtidar orqanları məlumat yayıb.

Məlumata görə, “Robinson R44 II” helikopterinin pilotu eniş zamanı idarəetməni itirib, nəticədə aparat təxminən 10 metr hündürlükdən yerə çırpılıb.

Helikopterdə olan dörd nəfər müxtəlif xəsarətlər alıb, yerdə bir nəfər ölüb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onların həyatı üçün təhlükə yoxdur.

Əyalətin mülki aviasiya idarəsi qəzanın səbəblərini araşdırır.

Check Also

Hörmüz boğazında tanker minaya düşdükdən sonra yanıb

Hörmüz boğazında tanker dəniz minasına düşdükdən sonra yanıb. Boyukmillet.com “Al Jazeera”ya istinadən xəbər verir ki, …