Cümə , 19 Aprel 2024
Drone Cameras

Cozef Bayden: “NATO torpaqlarının hər qarışını müdafiə edəcəyik”

“Biz NATO torpaqlarının hər qarışını müdafiə edəcəyik”.

Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin NATO-nu parçalaya biləcəyini düşünürdü.

“Rusiya lideri bizi zəiflədə biləcəyini düşünürdü. Amma istəmədiyi ssenari ilə qarşılaşdı. O, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə gözləmədiyi ssenari ilə qarşılaşdı. Proseslərin nə ilə nəticələnəcəyini bilmirəm, amma Rusiyanın Ukraynanı məğlub edə biləcəyini düşünmürəm”, – ABŞ lideri bildirib.

C.Baydenin sözlərinə görə, Rusiyanın Ukraynaya hücumundan sonra NATO indiyədək olmadığı qədər birlik nümayiş etdirir: “ABŞ dediyini edir. Dünya dəyişir. Biz də buna uyğunlaşırıq. Rusiyanın hücumuna göstərdiyimiz reaksiya da bunun göstəricisidir. NATO hər zaman Ukraynanın yanındadır. 600-dən çox tank, raket sistemləri, havadan müdafiə sistemləri ilə Ukraynaya dəstək veririk. Mən vəzifəyə gələndən bəri Ukraynaya 7 milyard dolar həcmində yardım etmişik. Bu yardımı davam etdiririk”.

Check Also

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Gürcüstanda səfərdədir. Boyukmillet.com xəbər verir ki, …