Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Cütlük cinayətkarların birgə dövlətə xəyanəti

Boyukmillet.com saytının redaktoru Sima Babayeva AYNA-nın sədri Anar Rzayevin qanunsuz əməlləri haqda öz feyzbuk hesabında paylaşım edib.

Paylaşımı sizlərə təqdim edirik:

Bundan əvvəlki yazılarımda da bildirmişdim ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentıiyinin sədri Anar Rzayev dövlət başçısının verdiyi fərmanları saymır. Özünün yazdıgı fərmanlarla işləyir. Redaksiyamıza şikayət edən Agentliyin işdən çıxarılmış 40-a yaxın dövlət quluqçuları dəfələrlə yuxarı instansiyalara şikayət etdiklərini bildirsələr də Anar Rzayev bildirir ki,mən heç kimi saymıram hara istəyirsiz yazın bu yerlərin ağası mənəm. Heçkimdən qorxmuram.

Bu insan deyir ki, mənim yuxarıda adamlarım var nazirlikdə də Rəhman Hümmətov kimi daydayım. Bele olmasaydı Cənab prezident İlham Əliyevin fevral ayında Beynəlxalq Avtomobil Daşımaları sahəsində idarəetmənin təkmilləşdirməsi üçün İcazə sistemi haqqında qanunda dəyişiklik etmiş, bununla bağlı fərman vermiş və sərhəd də icazə vərəqələrinin satışını dayandırmısdır.

Lakin Anar Rzayev kimi “beşinci kalonun” üzvü qəsdən bu məlumatı xarici ölkələrin Azərbaycandakı Səfirliklərinə məktub vasitəsi ilə vaxtında bildirməmiş (halbuki buna 2 ay vaxtı olmuşdu) qərar 29.03.2023 tarixindən qüvvəyə minib) bunun nəticəsində bir çox dövlətlərin beynəlxalq yük daşıyan nəqliyyat vasitələri azərbaycan sərhədlərində 10 günlərlə qalmışdır. (Qazaxıstan, Ukrayna, Belarus, Türkmənistan, İran) və s. Hətta İran Dövləti Azərbaycan Respublikasına NOTA vermişdir. Xarici İşlər Nazirliyi vasitəsi ilə bu NOTA Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinə gəlmişdir.

Anar Rzayev dərhal öz xəyanət əməllərini gizlətmək üçün təcili iclas keçirib 2 nəfərə töhmət, bir nəfərə xəbərdarlıq verərək məsuliyyəti öz üzərindən atmış hesab etmişdi. Və özünün nazirlikdəki qoruyucu mələyindən Rəhman Hümbətovdan bu NOTA məktubunu Cənab nazir Rəşad Nəbiyevdən gizlətməyini xahiş etmişdir. Gecə ilə işçiləri sərhədlərə göndərərək icazə vərəqələrinin qeyri qanuni paylayaraq (digər ölkələrin müvafiq qurumlarında qeydiyyatdan kecməyərək) məsələni ört basdır etməyə çalışmışdır.

Dövlətimizin xarici siyasətinin bu gərgin durumunda Cinayətkar Cütlüyün xəyanəti bağışlanmamalıdır. Hörmətli Cənab Nazir sizə müraciət edirik dərhal bu cütlüyü vəzifədən azad edəsiz. Bu şəxslər dövlətini, millətini, prezidentini, sizi istəməyən varlıqlardır.

Nə qədər ki, Cənab Prezident bu məsələyə özü müdaxilə etməyib.
Sima Babayeva

Check Also

Fədakar qələm adamı

Həyatını, yaradıcılığını xalqının səadətinə həsr eləyən insanlar təmənnasız olurlar. Gözü, könlü toxluq mənəviyyat adamlarının səciyyəvi …