Çərşənbə axşamı , 16 Aprel 2024
Drone Cameras

Dəhşətli partlayış erməni terror təşkilatlarının yerləşdiyi ərazidə baş verib – VİDEO+FOTOLAR

Xəbər verdiyimiz kimi, dünən Livanın paytaxtı Beyrut şəhərində dəhşətli parlayış baş verib. Partlayış nəticəsində 100-dən çox insanın öldüyü, minlərlə insanın yaralandığı bildirilir. Beyrut limanında baş verən partlayışdan ən çox zərər görən şəhərin Burc Hamod rayonu olduğu bildilir.

Boyukmillet.com xəbər verir ki, Burc Hamod Beyrutda ermənilərin ən çox məskunlaşdığı rayondur. Rayon əhalisinin böyük əksəriyyəti ermənilərdən ibarətdir. Rayonun bələdiyyə başçısı milliyətcə erməni olan Mardik Poqosyandır. Rayon ərazisində əsasən Osmanlının dağılmasından sonra Türkiyədən buraya köçən ermənilər yerləşib. Bu səbəbdən də Burc Hamodda küçələrin adları Türkiyə şəhərlərinin adları ilə adlandırılıb. Maraş, Adana küçələri Burc Hamodun mərkəzi küçələri hesab olunur. Bundan başqa rayonda Aragats (Ağrı dağı), Yerevan (İrəvan) kimi küçə adlarına rast gəlmək mümkündür.

İlk erməni terror təşkilatları hesab olunan “Daşnaksütun” və “Hnçak”ın qərargahları bu rayonda yerləşir. Siyasi partiya olaraq rəsmi şəkildə fəaliyyət göstərirlər.

Burc Hamod rayonunda onlarla erməni kilsəsi, məktəbi və digər təşkilatları yerləşir. Livanın ictimai-siyasi həyatında önəmil yer tutan ermənilərin böyük əksəriyyəti də məhz bu rayonda yaşayıblar. Vaxtı ilə Livanın prezidentləri olan milliyətcə erməni İlyas Sarkis (1976-1982-ci illər) və Emil Lahud (1998-2007-ci illər) da bu rayonda yaşayıblar.

Birinci Qarabağ müharibəsi zamanı Dağlıq Qarabağda Azərbaycanlılara qarşı döyüşən erməni terrorçulardan bəziləri də məhz Burc Hamod rayonunun sakinləri olub.

Onların arasında ən məşhuru Vazgen Sislyandır. Bu terrorçu 1981-ci ildə Parisdə Türkiyə səfirliyinə daxil olaraq 60 nəfəri girov saxlayıb. 1991-ci ildə Budapeştdə Türkiyə səfirinə qarşı sui-qəsd həyata keçirib.  1992-ci ildə Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımın əsas iştirakçısı olub.

Ermənistanın sabiq prezidenti Robert Koçaryan tərəfindən “Qarabağ qəhrəmanı” adına layiq görülüb və bu terrorçu hazırda həm Livan (Burc Hamodda qeydiyyatdadır), həm də Ermənistan vətəndaşıdır.

Bundan başqa Burc Hamod rayonu uzun illər “ASALA” terror təşkilatının mənzil-qərargahı olub. Qarabağda Azərbaycana qarşı döyüşən daha bir terrorist Monte Melkonyan da uzun illər məhz Burc Hamod rayonunda yaşayıb və daha sonra Qarabağa gəlib.

Hər il aprel ayının 24-də Burc Hamod rayonunda ermənilər qondarma “soyqırımı” böyük izdihamla qeyd edirlər.

Hazırda Burc Hamod erməni diasporunun və terror təşklatlarının əsas maliyyə mənbələrindən biridir. Vaxtı ilə Yaxın Şərq və Dağlıq Qarabağda döyüşən terrorçuların bir-çoxu bu rayonda yaşayırlar.

Ermənistanın Livandakı səfirliyi də məhz Burc Hamod rayonunda yerləşir.

Aşağıdakı videoda Burc Hamod bələdiyyəsinin sədri Martik Poqosyan, Böyük Kilikiyə Katolikosu 1-ci Aram və “Daşnaksütun”un rəhbərlərindən olan Akop Xaçeryanın partlayışdan sonra 100 mindən çox erməninin yaşadığı rayon ərazinə baxış keçirməsi görüntüləri yer alıb.

Check Also

İrandan Ermənistana silah daşınır: 6 gündə 5 reys… 

İranın Teleqram kanallarında Tehranın Ermənistanı silahlandırmasına dair xəbərlərin sayı artıb. Rəsmi İrəvan bu xəbərləri nə …