Cümə , 17 Aprel 2026
Drone Cameras

Vilayət Eyvazovdan yeni təyinatlar

Daxili işlər orqanlarında növbəti kadr dəyişikliyi olub. 

Boyukmillet.com xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, general-polkovnik Vilayət Eyvazov əmri ilə İlham Məmmədov Xəzər Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin rəisi təyin olunub. O, bu təyinata qədər Qaradağ Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin rəisi vəzifəsində çalışıb.

Nazirin digər əmri ilə, polis polkovnik-leytenantı Samir Qurbanov Qaradağ Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin rəisi təyin edilib. O isə bu təyinata qədər Xəzər Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin rəisi vəzifəsində çalışıb.

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …