Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Dəniz komando təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) N hərbi hissəsində keçirilən “Dəniz komando təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Əvvəlcə hərbi hissənin ərazisində şəhidlərin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzülərək hörmət və ehtiram nümayiş etdirilib.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edən Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov kursu müvəffəqiyyətlə bitirən məzunları salamlayaraq, onlara Müdafiə Nazirliyi rəhbərliyinin təbriklərini çatdırıb, gələcək xidmətlərində uğurlar arzulayıb. Hərbi qulluqçuların peşəkarlığının daha da yüksəldilməsinə töhfə verən bu kimi kursların davam etdiriləcəyini vurğulayıb.

Vitse-admiral S.Bəkirov komandoların dənizdə olduğu kimi, quruda da mühüm tapşırıqları müvəffəqiyyətlə yerinə yetirməyə daim hazır olduğunu qeyd edib.

HDQ komandanı Türkiyədən gələn peşəkar təlimatçıların cəlb olunduğu kursun yüksək səviyyədə təşkilində və keçirilməsində göstərdikləri dəstəyə görə qardaş ölkənin zabitlərinə və bütün heyətə təşəkkürünü bildirib.

Sonra kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə emblem vurulub və məzunlara sertifikatlar təqdim olunub.

Check Also

Azərbaycan hərbçisinin vəfat etdiyi bildirilir

Nazirlik ölüm səbəbi kimi səhhətinin qəfil pisləşməsini göstərir Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəhri Fərman oğlu …