Şənbə , 27 İyul 2024
Drone Cameras

Dərs ili müddətinin artırılması ilə bağlı Təhsil Nazirliyindən NÖVBƏTİ AÇIQLAMA

Valideynlərin tədris müddəti ilə bağlı şikayəti əsaslı deyil.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Ölkədə təhsil müddətinin Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimləndiyini deyən nazirlik rəsmisinin sözlərinə görə, hazırda Azərbaycanda dərslər sentyabrın 15-də başlayır və iyunun 14-də başa çatır.

O bildirib ki, bu gün Azərbaycan dünyada ən az təhsil müddətinə malik ölkələrdən biridir. 2 il bundan əvvəl ölkədə tədris müddəti 32,8 həftə idisə, dəyişikliklərdən sonra bu rəqəm 34 həftə olub: “Hətta bu dəyişiliklərdən sonra belə Azərbaycanda orta təhsil müddəti digər ölkələrlə müqayisədə 6 həftə azdır. Ona görə də valideynlərin tədris müddətinin azaldılması ilə bağlı şikayəti əsaslı görünmür”.

E.Əmrullayev qeyd edib ki, bir çox məktəblərdə artırılan tədris həftələri ərzində müxtəlif ölçmə, qiymətləndirmə işləri aparılır: “Bunun faydasını dərhal yox, uzun müddətdə görəcəyik. Təhsil müddətinin artırılmasının təhsilə çox böyük faydası var, nəinki azaldılmasının”.

Check Also

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir