Çərşənbə axşamı , 3 Sentyabr 2024
Drone Cameras

Dağbəyi İsmayılov: Müharibə dövründə Azərbaycan mətbuatı üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirdi

Azərbaycan mətbuatı keçdiyi yolda çox mürəkkəbliklərlə qarşılaşıb, ancaq Həsən Bəy Zərdabi yolundan dönməyib.

Müharibə dövründə də Azərbaycan mətbuatı üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirdi.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov Milli Mətbuat gününün 149-cu ildönümü münasibətilə keçirilən tədbirdə deyib:

“Mətbuatımızın yubileyinin növbəti ili də şərəfli şəkildə qeyd olunacaq. Jurnalistlərin birinci qurultayında Mətbuat Şurası yaradıldı və o illərdən sonra prezidentimizin sərəncamları ilə mətbuat daha da inkişaf etdirildi. Jurnalistlər üçün evlər tikilib istifadəyə verildi. Bunlar mətbuatımıza olan diqqətin göstəricisidir”, – o qeyd edib.

Check Also

ATƏT: “Seçki demokratik standartlara uyğun keçirilmədi”

Müşahidə missiyası seçkidə siyasi plüralizmin olmadığını, bunun da nəticələri sual altında qoyduğunu deyir Sentyabrın 2-də …