Cümə axşamı , 17 Aprel 2025
Drone Cameras

Daha 7000 nəfərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı qərar qəbul edilib

Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən komissiya tərəfindən 7 000 nəfərdən artıq vətəndaşın da Vətən müharibəsində iştirakı ilə bağlı məlumatlarının araşdırılması yekunlaşdırılaraq sənədləri “Müharibə veteranı” adının verilməsi məqsədilə qərar qəbul edilməsi üçün müvafiq komissiyaya göndərilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin rəsmi feysbuk səhifəsi məlumat yayıb.

Arayış-məlumatları göndərilən vətəndaşlar barədə qərar qəbul edildikdən sonra onların da adları “Müharibə veteranı” adının verilməsi üçün “Zəfər” altsisteminə daxil ediləcək.

Bundan sonra onlara da Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün (80 AZN) təyin edilməsi və 2022-ci ilin yanvar ayının 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq.

Qeyd edək ki, bu günədək Vətən müharibəsində iştirak etmiş 76 000 nəfərə “Müharibə veteranı” adı verilib.

Check Also

Metroda tunel tikintisi zamanı xətti dəyişmək üçün alternativ ictimai nəqliyyatdan istifadə ediləcək

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 10-u saat 20:55-də Tovuzqala rayonunun Seyrək Meşə yaşayış məntəqəsi istiqamətində yerləşən …