Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Danimarka Gürcüstana hərbi yardımı dayandırıb

Danimarka “Xarici təsirin şəffaflığı haqqında” qanuna görə Gürcüstana 4 illik hərbi yardımı dayandırıb.

Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstan parlamentinin üzvü Teona Akubardia Danimarka Xarici İşlər Nazirliyinin məktubuna əsasən bildirib.

Krallıq 2023-cü ildə Gürcüstana hərbi yardım göstərməyə başlayıb, büdcə 71,5 milyon Danimarka kronu (təxminən 10,376 milyon ABŞ dolları) təşkil edib.

Məktubda bildirilir ki, Danimarka Gürcüstan hökumətini Avro-Atlantik məkana qayıtmağa və Avropa İttifaqının islahatlar proqramına əməl etməyə çağırır.

Deputatın sözlərinə görə, bu vəziyyət Gürcüstanın nüfuzuna xələl gətirir, suverenliyinə və ərazi bütövlüyünə ciddi çağırışdır.

Check Also

Türkiyə polisi 33 vilayətdə eyni anda ƏMƏLİYYAT KEÇİRDİ – VİDEO

Türkiyədə son iki həftə ərzində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 233-dən çox şəxs …