Cümə , 27 Mart 2026
Drone Cameras

Danimarka XİN ölkə vətəndaşlarına Rusiyaya səfərə getməməyi tövsiyə edib

Danimarka Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Rusiyaya hər hansı səfərə getməməyi tövsiyə edib.

Boyukmillet.com xəbər verir ki, bundan əlavə, danimarkalı turistlərə Rusiya Federasiyasından kommersiya reysləri ilə getmək imkanı qaldığı halda geri qayıtmaları tövsiyə olunur.

Xarici İşlər Nazirliyinin məlumatına görə, Rusiyanın Avropaya uçuşlara qadağa qoyması riski var. “Yaxın gələcəkdə Avropa (ölkələri-red) və Rusiya arasında səyahət çox çətin ola bilər”, – Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bu gündən etibarən Danimarka hava məkanı bütün Rusiya təyyarələri üçün bağlanır.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …