Cümə , 5 Dekabr 2025
Drone Cameras

“Delta Telekom”a qarşı DDoS tipli genişmiqyaslı kiberhücum həyata keçirilib

Bu gün bəzi internet telekommunikasiya operator və provayderlərinin xidmətlərində müvəqqəti ləngimələr müşahidə olunub.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, ölkəyə internet trafiki təqdim edən əsas “backbone” operatorlardan biri olan “Delta Telekom”a qarşı DDoS tipli genişmiqyaslı kiberhücum həyata keçirilib.

Ölkəmizdə internet xidmətlərinin davamlılığı planı çərçivəsində internet provayderləri dərhal alternativ “backbone” operatorlarının şəbəkəsinə yönləndirilib. Qısa müddət ərzində istifadəçilərin internetə çıxışı təmin olunub.

Atılan addımlar nəticəsində “Delta Telekom”a qarşı kiberhücumun qarşısı qısa müddət ərzində alınıb. “Delta Telekom”un xidmətləri bərpa olunub.

Check Also

RİNN-in strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına dəyişiklik edilib

Nazirlər Kabineti 12 iyul 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf …