Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Deputat Əziz Ələkbərli Qərbi Azərbaycan İcmasının Sumqayıt fəalları ilə görüşüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının növbəti iclası Sumqayıt şəhərində keçirilib. İclas Millət vəkili Əziz Ələkbərlinin sədrliyi ilə baş tutub. Pandemiya və karantin qaydalarını nəzərə almaqla baş tutan iclasda ölkədəki mövcud vəziyyət, Qərbi Azərbaycan İcmasının həyata keçirdiyi layihələrin icrası, qarşıda duran vəzifələr və s. məsələlər müzakirə olunub.

Əziz Ələkbərli

İclası Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri Millət vəkili Əziz Ələkbərli açaraq, tədbir haqqında iclas iştirakçılarına məlumat verib. İcmanın gördüyü işlər haqqında məlumat verən icma rəhbəri bildirib ki, Zəngəzur məsələsi son günlərin ən çox müzakirə olunan məsələsidir. Qarabağ kimi, Zəngəzur da bizim tarixi torpağımızdır, həm də tarixən Qarabağ mahalının bir parçasıdır. Zəngəzurun qərb hissəsinin qanunsuz olaraq Ermənistana verilməsinin və Qərbi Zəngəzurun erməniləşdirilməsinin cəmi 101 illik tarixi var. Bununla belə, 1988-ci ilə qədər Qərbi Zəngəzurda hələ də 62 azərbaycanlı yaşayış məntəqəsi var. Onların 51-də ancaq azərbaycanlılar yaşayırdı. Zəngəzur dəhlizi məsələsi isə 10 noyabr bəyannaməsinin əsas müddəalarından birini təşkil edir. Əziz Ələkbərli bildirib ki, bu dəhlizin açılması tək Azərbaycan üçün yox, bütün region ölkələri, xüsusilə Ermənistan üçün mühüm əhəmiyyət kəsb edir. Başqa sözlə, bu dəhliz Ermənistan və ermənilər üçün regionda öz mövcudluqlarını sürdürə bilmək üçün Azərbaycan tərəfindən onlara verilən tarixi bir fürsətdir.

Çıxış edən Qərbi Azərbaycan İcması qadınlar şurasının üzvü Cəmilə Fəyyaz bildirib ki, əməkdaşlıq və nəqliyyat baxımından Zəngəzur dəhlizinin yaradılması Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan sənədlər arasında ən mühüm məsələlərdən biri sayılır və bu, Ermənistan da daxil olmaqla bütün regional ölkələrin maraqlarına xidmət edir. Zəngəzur bölgəsi Azərbaycanla Naxçıvan arasında yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul edilən qərarlar və birgə işlər türk dünyasının birliyini və qardaşlığımızı dahada gücləndirdi. Cəmilə Fəyyaz qeyd edib ki, Azərbaycan bölgədə davamlı sülhün bərqərar olunması üçün əsas vasitəni əməkdaşlıqda görür və buna görə də Zəngəzur dəhlizin yaradılmasını və nəqliyyat əlaqələrinin bərpasını qətiyyətlə dəstəkləyir. Qadınlar Şurasının üzvü Cəmilə Fəyyaz 1988-ci ildə Qərbi Azərbaycandan Sumqayıt şəhərinə köçürülmüş ailələrin say tərkibini dəqiqləşdirmək üçün işçi qruplarının yaradılması və statistikanın aparılması təkifini irəli sürdü.

Müzakirələrdə Qərbi Azərbaycan İcması Aparat rəhbəri Abduləli Həsənov, sədr müavini Faxrəddin Nəbiyev, Baxşeyiş Ələmşahov, Yavər Quliyev, Rövşən Məmmədov, Sevindik Hüseyinov iştirak ediblər.Çıxışçılar Vəzirxan Sumqayıt şəhərində yaşayan Qərbi Azərbaycanlıların köç dönəmi və indi Zəngəzur mahalında yaranmış real vəziyyət haqqında fikirlərini bölüşüblər.İclasda Qərbi Azərbaycan İcmasının həyata keçirdiyi layihələrin icrasına nəzarətlə bağlı üzvləri arasında konkret iş bölgüsü aparılması və vəzifələrin müəyyənləşdirilməsi üçün növbəti toplantının təşkili qərara alınıb.Görüşün sonunda Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli toplantını müsbət dəyərləndirərək iclas iştirakçılarına təşəkkürünü bildirmiş və sonda xatirə şəkilləri çəkilmişdir.Qeyd edək ki, İclasın Sumqayıt şəhərində keçirilməsi Qərbi Azərbaycan İcması qadınlar şurasının üzvü Cəmilə Fəyyazın təşəbbüsü ilə baş tutmuşdu.

Check Also

“Veysəloğlu”nun “Araz” marketləri müştəriləri belə aldadır – VİDEO

“Veysəloğlu” şirkətlər qrupuna daxil olan “Araz supermarketlər şəbəkəsi” yenə istehlakçıları aldatmağa davam edir. Boyukmillet.com “Azərbaycan …