Cümə , 26 Aprel 2024
Drone Cameras

Deputat: “Azərbaycan Prezidenti dünya azərbaycanlılarının lideridir”

“Azərbaycan Prezidenti dünya azərbaycanlılarının lideridir. Bu, müzakirə predmeti deyil”.

Boyukmillet.com xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin sədrinin müavini, deputat, siyasi elmlər doktoru Elşad Mirbəşir oğlu qurumun keçirdiyi “İran yeni baxış bucağında” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, Vətən müharibəsindən sonra Azərbaycanın dünyadakı imici dəyişib: “Azərbaycan bütün dünya azərbaycanlılarının hüquqlarının müdafiəçisidir. Biz artıq güclü dövlətik. Güneyli soydaşlarımızın hüquqlarının qorunması, onlarla təmaslarımızın artması üçün dövlətimizdə iradə var. Kim bizimlə təhdid dilində danışarsa, ona cavab verməyə qadirik. Məqsədimiz soydaşlarımızı qorumaqdır”.

Check Also

Səfir: Ermənistanın basdırdığı minalar öz vətəndaşlarının həyatını da təhlükəyə atır

Ermənistanın basdırdığı minalar öz vətəndaşlarının həyatını da təhlükə altına qoyur. Boyukmillet.com xəbər verir ki, bu barədə …