Şənbə , 28 Mart 2026
Drone Cameras

Deputat Operativ Qərargaha çağırış edib

“Hazırda əsas məsələ Nazirlər Kabineti yanında Operativ Qərargahın nə qərar verəcəyi ilə bağlıdır”.

Boyukmillet.com-un xəbərinə görə, bunu parlametin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Fazil Mustafa deyib.

Deputat iş yerlərinin yeni açılmasına diqqət çəkib: “İnsanlar indi işə başlayıb. Kafe-restoranlar, digər iş yerləri yeni açılıb. Vətəndaşlar yenidən qapanma olacağından qorxurlar. Hesab edirəm ki, əsas hədəfimiz insanların çalışma yerindən uzaqlaşmaması və işləməsidir”.

F.Mustafa Novruz bayramı öncəsi qiymətlərin bahalaşdığını deyib: “Başa düşürəm ki, sağlamlıq üçün epidemioloji vəziyyəti nəzarətə götürmək lazımdır. Ancaq rayonlara gediş-gəlisi bağlamaq doğru deyil. Belə olan halda, şəhərdə tıxac da azalar. Hesab edirəm ki, vaksinasiyanı gücləndirmək lazımdır”.

Check Also

Əhalinin kərə yağı istehlakı azalıb

2026-cı ilin yanvar-fevral aylarında ölkədə bir sıra süd məhsullarının istehsalında azalma müşahidə olunub. Dövlət Statistika …