Bazar ertəsi , 13 May 2024
Drone Cameras

Deputat Türkiyə media nümayəndələri ilə görüşüb

İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəllinin dəvəti ilə Azərbaycanda səfərdə olan İstanbul TV, radio, qəzet, internet xəbər federasiyası (qısa adı İstanbul Medya) başqanı Ali Rıza Yıldız, İstanbul Cəkməköy Esnaf və Sənətkarlar dərnəyinin başqanı, Yurtta Haber internet saytının sahibi,  İstanbul Medya başqan müavini Gökhan Balcı bu gün Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının ofisində olub, millət vəkili Əziz Ələkbərli ilə görüşüblər.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Postmedia.az”a Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının Mətbuat Xidmətindən məlumat verilib.

Qonaqları salamlayan millət vəkili onların 27 sentyabr ərəfəsində Bakıya səfər etmələrinin xüsusi məna daşıdığını, Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsi olduğunu bildirib. Daha sonra o, qonaqlara Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması haqqında ətraflı məlumat verib.

Qonaqlar səmimi qəbul üçün təşəkkür edib, Cəmiyyətin, İcmanın və millət vəkili Əziz Ələkbərlinin fəaliyyətini izlədiklərini və Bakıya gəlişlərində onunla və İcma nümayəndələri ilə görüşmək qərarına gəldiklərini bildiriblər. Tərəflər gələcəkdə daha sıx əməkdaşlıq etmək qərarına gəliblər.

İSBAM sədri Samir Adıgözəlli qonaqların səfər qrafiki haqqında məlumat verib, onların 27 sentyabrda Qarabağ bölgəsinə gedəcəkləri barədə məlumat verib.

Qonaqlar millət vəkili Əziz Ələkbərliyə ulu öndər Heydər Əliyevin və Qazi Mustafa Kamal Atatürkün Azərbaycan-Türkiyə qardaşlığı haqqındakı müdrik sözləri həkk olunan plaket hədiyyə ediblər. Millət vəkili Əziz Ələkbərli isə qonaqlara müəllifi olduğu “Türk mənşəli erməni soyadları” kitabını hədiyyə edib. 

Sonda xatirə şəkilləri çəkdiriblər.

Tədbirdə İSBAM sədri Samir Adıgözəlli, İSBAM rəsmiləri və Qərbi Azərbaycan İcmasının sədr müavinləri Həqiqət Hacıyeva, Abduləli Həsənov, Fəxrəddin Nəbiyev iştirak ediblər.  

Check Also

ASAP Almaniyada konfrans keçirib

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi, Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi …