Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Deputat : Zəngəzur dəhlizinin açılması zamanın tələbidir


Zəngəzur dəhlizinin açılması zamanın tələbidir. Bu məsələdə Azərbaycanın haqlı mövqeyi ortadadır.
Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Cəbi Quliyev deyib.
O qeyd edib ki, Nizami Gəncəvi Mərkəzinin təşkilatçılığı ilə keçirilən videokonfransda dövlətimizin başçısı İlham Əliyev bu məsələyə toxundu və Azərbaycanın mövqeyini bir daha ortaya qoydu. Prezident İlham Əliyev konfrans iştirakçılarının diqqətinə çatdırdı ki, Azərbaycanın sülhün tərəfdarıdır. Bu, bir daha onu deməyə əsas verir ki, Azərbaycan regionda qan tökülmədən beynəlxalq layihələrin reallaşmasında əsas oyunçudur. Təbii ki, işğalçı Ermənistan bu kimi layihələrin reallaşmasını istəmir. Onlar bütün imkanlarından istifadə edərək, Azərbaycana qarşı təxribatlar həyata keçirirlər. Ancaq onlar dərk etmirlər ki, bu layihələrin reallaşması bütün region, o cümlədən Ermənistanın özü üçün böyük divident gətirə bilər.
Deputat bildirib ki, nəqliyyat kommunikasiyalarının açılması, qarşılıqlı dialoq, etimad mühitinin formalaşması regional və beynəlxalq siyasətin əsas aspektlərindəndir. Bu, artıq mühüm şərtə çevrilib. Bu gün Ermənistan üçün, sözün həqiqi mənasında, günəş doğub. Onlar bu dəhlizin açılmasından yararlana bilərlər. Əks-təqdirdə batmaqda olan Ermənistan daha da geriləyəcək, bu ölkədə baş qaldıran etirazlar daha geniş vüsət alacaq. Onların bir çıxış yolu var – ötən il noyabrın 10-da imzalanmış Birgə Bəyanatın bütün bəndlərini yerinə yetirmək. Əks halda, “Dəmir yumruğ”u yenidən başları üzərində görməli olacaqlar ki, bu da Ermənistanın düşdüyü acınacaqlı durumu daha da ağırlaşdıracaq. Ona görə də Ermənistanın siyasi elitası daha çox mövcud şərtlər daxilində gələcəyə baxmalı, antitürk, anti-Azərbaycan stereotipləri ilə yaşamamalıdır. İndiki halda Ermənistan yeni vəziyyəti, real imkanları, qüvvələr nisbətini düzgün qiymətləndirməlidir.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …