Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Ərdoğan Türkiyənin milli vaksinindən danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədən olan alimlərin hazırladığı milli vaksinin dövriyyəyə buraxılmasından danışıb.

Boyukmillet.com xəbər verir ki, Türkiyə Prezidenti bu vaxta qədər əldə olan vaksinləri bütün dünya ölkələri ilə paylaşdıqlarını bildirib: “Yerli vaksinimiz hazır olar-olmaz vətəndaşlarımızla bərabər bütün insanlığın istifadəsinə verəcəyik. Türkiyə olaraq pandemiyanın ilk günlərindən əlimizdə olan vaksinləri dost və qardaş ölkələrlə bərabər paylaşdıq. Həmin dövlətlərə süni nəfəs aparatları göndərdik. Bu günə qədər vaksinasiyadan keçən vətəndaşlarımızın sayı 27 milyondan artıqdır. Türkiyə vaksinlərin bərabər paylanmasının tərəfdarıdır”.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …