Şənbə , 20 Aprel 2024
Drone Cameras

DEPUTATLIĞA NAMİZƏD MÖHSÜM ASLANOV QARABAĞ QAZİLƏRİ İLƏ GÖRÜŞÜB

Boyukmillet.com -un məlumatına görə 101 saylı Göygöl-Daşkəsən seçki dairəsində deputatlığa namizəd Möhsüm Aslanovun seçki qərargahında Göygöl sakini olan I Qarabağ müharibəsi qaziləri ilə görüş keçirilib. Qaziləri xüsusi səmimiyyətlə salmalayan Möhsüm Aslanov öz seçki platforması haqda məlumat verib. Seçkiyə qatılma məramını açıqladı. Bildirdi ki, Azərbaycan prezidenti İlham Əliyevin son zamanlar start verdiyi islahatlar və çağırışlara cavab olaraq bu yola çıxıb. Sonra dövlətimizin Qarabağ həqiqətləri ilə bağlı apardığı beynəlxalq siyasət haqda fikirlərini bölüşdü. Dövlət başçısının müharibə əlilləri və iştirakçılarına, şəhid ailələrinə göstərdiyi qayğıdan söhbət açdı.
I Qarabağ müharibəsi qazisi İmran Qurbanov Möhsüm Aslanovu yaxından tandığını bildirdi, onun dövləti, xalqı üçün gördüyü işlərdən danışdı. Döyüşlərdə ağır yaralanaraq 30 ildir dünya işığına həsrət qalmış qazi Elşən Dursunov dedi ki, mən iki gözümü Vətən yolunda qurban verdim. Elə indi də canımı verməyə hazıram. Amma sizdən xahişim və tələbim budur ki, seçilsəniz, xalqın etimadını doğruldun, ona biganə qalmayın. Aprel döyüşləri qazisi Azəddin Museyibovun atası, qazi Azay Museyibov dövlətimiz tərəfindən müharibə iştirakçılarına olan diqqəti vurğulayaraq bildirdi ki, prezident İlham Əliyevin xalqımız üçün yaratdığı bu seçki fürsətini ciddi şəkildə dəyərləndirmək lıazımdır. Ən layiqli övladlarımızın parlamentdə təmsil olunması üçün indi məsuliyyət biz seçicilərin üzərinə düşür. Hamınızı layiqli övladlarımıza səs verməyə çağırıram və mənim fovaritim Möhsüm Aslanovdur. Qazi Arif Rəhimov da deputatlığa namizədə qələbə arzulayaraq söylədi ki, elimizin, obamızın tanıdığı, fəaliyyətini izlədiyim Möhsüm Aslanov bizim təmsilçimiz olarsa, səsimiz daha yaxşı eşidilər. Digər çıxış edənlər də deputatlığa namizədə uğurlar arzulayaraq, bu seçkilərin xalqımıza, dövlətimizə xeyirli olmasını dilədilər.
Tədbirin axırında I Qarabağ Müharibəsi qaziləri Göygöl və Daşkəsən sakinlərini seşkidə fəal olmağa və haqlarına sahib çıxmağa çağırdılar.
Sonda I Qarabağ Müharibəsi qaziləri ilə xatirə şəkli çəkildi.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …