48 saylı Yevlax seçki dairəsindən namizədliyini irəli sürmüş Süleyman İsmayılbəyli feysbuk dostlarına çağırış edib: “Əziz dostlar. Artıq seçki prosesinin mühüm bir dövrüdür. Bu müddət ərzində mənə dəstək olan hər kəsə öz təşəkkürümü bildirirəm. Çoxları haqlı və ya haqsız olaraq seçkilərə qatılmağıma irad bildirir. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Ancaq buradan bir məsələni qeyd etmək istəyirəm ki, mən Cənab Prezidentin yeni formalaşacaq qanunverici orqanla bağlı fikirləri, eləcə də dövlət başçısının bu istiqamətdəki çağırışlarına dəstək olaraq seçki prosesinə qoşulmuşam. Bundan sonra da bir Azərbaycan vətəndaşı, mətbuat nümayəndəsi olaraq Cənab Prezidentin daxili və xarici siyasətinin fəal təbliğatçısı, Onun çağırışlarının dəstəkləyicisi olacam. Ona görə də yola davam.”
Check Also
Burada maşınların hərəkəti tamamilə qadağan ediləcək
İçərişəhər qoruq ərazisində nəqliyyatın hərəkət sxemi yenilənir. Boyukmillet.com xəbər verir ki, bu barədə İçərişəhər Dövlət …
Boyukmillet.com Biz yanmasaq vətən yanar