Bazar ertəsi , 31 Mart 2025
Drone Cameras

DİN əməliyyat keçirib, 6 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları “NARKOTƏLƏ” şərti adı altında martın əvvəlindən bu günə kimi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 30-a yaxın əməliyyat keçirib.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 28 nəfər və 2 mütəşəkkil dəstənin üzvü saxlanılıb. Onlardan 13-ü ölkə ərazisində narkotiklərin tədarükü ilə məşğul olan əsas şəxslər olub. Əməliyyatlarla “qara bazar”-da dəyəri 6 milyon manat olan 157 kiloqram, o cümlədən 91 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 42 kiloqram heroin, 17 kiloqram metamfetamin, 7 kiloqram tiryək, həmçinin digər növdən olan narkotik vasitə, 12 min 211 ədəd psixotrop tərkibli metadon, tramadol, lirika həbi, 1 ədəd “Makarov” tapançası, 13 ədəd patron və 2 ədəd patron sandıqçası ələ keçirilib. Saxlanılan şəxslərin qeyri-qanuni yollarla İrandan ölkəmizə gətirdikləri narkotikləri ölkə ərazisində satmaq üçün əldə etdikləri müəyyən olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə qətiyyətlə davam etdirilir.

Check Also

Biləsuvarda polis əməliyyat keçirib, narkotik vasitə və silah-sursat aşkarlanıb

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 38 yaşlı …