Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

DİN Qəbələdəki ağır yol qəzası ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Qəbələ rayonunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən  bildirilib ki, mayın 5-də saat 16 radələrində Qəbələ rayonunun Savalan kəndi ərazisində Bum qəsəbə sakini T.Eyyubovun idarə etdiyi “Mercedes” və Göyçay rayon sakini Nəsib Yusifovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.Nəticədə N.Yusifov hadisə yerində, sərnişinlərindən Vilayət Yusifova, Dəniz Məmmədova xəstəxanada ölüb, digər 3 sərnişini, habelə T.Eyyubov və sərnişini xəstəxanaya yerləşdiriliblər.

Qəbələ Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Check Also

YAP: İranın Naxçıvana dron hücumu xain təxribat cəhdidir

İranın Naxçıvana dron hücumunu iki ölkənin münasibətlərinin ruhuna və beynəlxalq hüquq normalarına zidd olan xain …