Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

DİN: “Səsvermə günü seçki məntəqələrinin ətrafında vəziyyətə nəzarət ediləcək”

Səsvermə günü seçki məntəqələrinin ətrafında vəziyyətə nəzarət ediləcək.

Boyukmillet.com xəbər verir ki, bunu daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

O qeyd edib ki, Azərbaycanda ictimai asayişin təmin edilməsi istiqamətində lazımi tədbirlər həyata keçirilir və seçkilərin keçirilməsinə mane olmaq istəyən qüvvələrin qarşısını almaq üçün zəruri tədbirlər görülür.

“İnzibati ərazilərdə və səsvermə günü seçki məntəqələrinin ətrafında vəziyyətə nəzarət ediləcək”, – deyə nazir müavini bildirib.

Check Also

ETX-nin nəzdində 3 mərkəz yaradılacaq

Bu ilin sonuna kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nəzdində 3 …