Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Diplomat: “İpək Yolu Azərbaycan və Çini tarixən birləşdirir”

İpək Yolu Azərbaycan və Çini tarixən birləşdirir.

Boyukmillet.com xəbər verir ki, bunu “Report”un sualını cavablandırarkən Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

“İki ölkə arasında humanitar əməkdaşlıq çox yaxşı dinamika göstərir. Birincisi, insanlar arasında sıx əlaqələr var. Pekinə həftədə 5 uçuş həyata keçirilir. Azərbaycan hökuməti Çin vətəndaşlarının ölkəyə səfəri üçün yaxşı şərait yaradır”, – o bildirib.

D.Tao təhsil sahəsində də əməkdaşlığın genişləndiyini vurğulayıb: “Çin dili və mədəniyyəti Azərbaycanda getdikcə populyarlaşır. Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi Çində səfərdə olub”.

Onun sözlərinə görə, Çinin regionları ilə Azərbaycan arasında əməkdaşlıq da böyük əhəmiyyət kəsb edir.

Check Also

AZAL Naxçıvana səfərləri əvvəlcədən planlaşdırmağı tövsiyə edib

Novruz və Ramazan bayramları ərəfəsində, xüsusilə də bayram günlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə hava daşımalarına tələbat …