Cümə axşamı , 9 May 2024
Drone Cameras

DMX yanında İctimai Şuranın yaranmasından 6 il keçir – FOTOLAR

Bu gün Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın yaranmasından 6 il keçir.

Qürurverici haldır ki, bu müddət ərzində DMX yanında İctimai Şuranın xətti ilə yüzlərlə fəal tədbir keçirilib, minlərlə miqranta, ölkə ərazisində yaşayan əcnəbiyə zəruri dəstəklər, humanitar yardımlar göstərilib, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı aidiyyəti strukturlara təkliflər verilib, ictimai rəyin öyrənilməsi ilə bağlı çoxsaylı sorğular keçirilib, miqrasiyanın ayrı-ayrı aspektləri, aktual məsələləri ilə monitorinqlər aparılıb.

Vətəndaş cəmiyyəti institutlarının təmsil olunduğu bir şəbəkə formatında fəaliyyət göstərən DMX yanında İctimai Şura dövlət qurumları və beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edib, miqrasiya sahəsində həyata keçirilən fəaliyyətlərin icrasına dəstəyini göstərib.

Bu müddət ərzində yanımızda olan, bizimlə əməkdaşlıq edən hər bir quruma, hər bir ictimai təşkilata dərin təşəkkürümüzü bildirir, bizə etimad göstərən bütün maraqlı tərəflərə dərin minnnətdarlığımızı ifadə edirik. DMX yanında İctimai Şura olaraq, hər zaman əməkdaşlığa açıq və gələcəkdə fəaliyyətlərin birgə həyata keçirilməsinə hazır olduğumuzu ifadə edirik! Altı yaşımız mübarək!

Azər Allahverənov

Check Also

Cənub rayonlarının enerji verilişində fasilə yaranacaq

“Azərişıq” ASC-nin Cənub Regional Elektrik Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində …