Cümə axşamı , 19 İyun 2025
Drone Cameras

Dövlətə xəyanətdə ittiham olunan şəxsin məhkəməsi başlayıb

Dövlətə xəyanətdə ittiham olunan Azərbaycan vətəndaşı İsmayıl Rafail oğlu Zamanlı barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Boyukmillet.com -un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən cinayət işinin məhkəmə istintaqına verilməsi ilə bağlı qərar qəbul olunub.

Məhkəmənin növbəti iclası mayın 21-nə təyin olunub.

Qeyd edək ki, İ. Zamanlı Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə, yəni Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq xarici ölkənin xüsusi xidmət orqanı nümayəndələrinin tapşırıqlarını yerinə yetirməklə dövlətə xəyanət etməkdə ittiham olunur.

Check Also

Lənkəranın icra başçısına sui-qəsd hazırlamaqda ittiham olunan şəxsə hökm oxunub

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova qarşı sui-qəsd hazırlamaqda təqsirləndirilən Bəhruz Əskərovun barəsində Dövlət …