Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

Dövlət Departamenti: “ABŞ vətəndaşlarını azad etmək üçün Rusiyaya təzyiq göstərməyə davam edəcək”

“ABŞ qanunsuz həbsdə olan Amerika vətəndaşları Pol Uilan və Evan Qerşkoviçin azad edilməsi üçün Rusiyaya təzyiq göstərməyə davam edəcək”.

Boyukmillet.com xəbər verir ki, bunu brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

Onun sözlərinə görə, dövlət katibi Entoni Blinken ABŞ rəhbərliyinin digər nümayəndələri ilə bir komandada bu məsələ üzərində işi davam etdirir.

Miller vurğulayıb ki, ötən həftə Rusiya tərəfi növbəti dəfə Evan Qerşkoviçə konsulluq xidmətinin göstərilməsinə icazə verməyərək beynəlxalq konvensiyalardan irəli gələn öhdəlikləri pozublar.

Check Also

Yaponiya Çinlə yaranmış gərginlik fonunda ABŞ-dən açıq dəstək istəyib

Yaponiya Tayvan məsələsi ilə bağlı Çinlə yaranmış gərginlik fonunda ABŞ-dən açıq dəstək istəyib. Boyukmillet.com xəbər …