Cümə , 17 May 2024
Drone Cameras

Dövlət Departamenti: Azərbaycan və Ermənistan XİN başçılarının görüşü sülh arzusunu göstəri

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyanın bazar ertəsi ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən görüşü rəsmi Bakı və İrəvanın dialoqun intensivləşdirilməsi yolu ilə sülhə nail olmaq istəyindən xəbər verir.

Boyukmillet.com xəbər verir ki, bu barədə çərşənbə axşamı Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Hesabatda qeyd edilir ki, ABŞ-ın dövlət katibi Entoni Blinken görüşü “davamlı sülh sazişinə doğru irəliləyişi təşviq etmək üçün” təşkil edib.

“Görüş Azərbaycan və Ermənistanın dialoqun intensivləşdirilməsi yolu ilə sülhə olan ciddi istəyini vurğulayır. ABŞ Cənubi Qafqazın sülhsevər regionunu dəstəkləməyə sadiq qalır”, – Dövlət Departamenti əlavə edib.

Qeyd edilir ki, C.Bayramov və A.Mirzoyan Vaşinqtonda keçirilən görüşdə iki ölkə arasında sülh müqaviləsi üzrə dialoqu sürətləndirmək və yaxın həftələrdə yenidən görüşmək barədə razılığa gəliblər.

Check Also

Baş nazirin müavini: Albaniya il ərzində Azərbaycanda səfirlik açacaq

Albaniya il ərzində Azərbaycanda səfirlik açacaq. Boyukmillet.com xəbər verir ki, bunu Albaniyanın Baş nazirinin müavini, …