Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

Dövlət Gömrük Komitəsinə sədrlik müvəqqəti olaraq Şahin Bağırova həvalə olunub

Şahin Soltan oğlu Bağırov Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin birinci müavini təyin edilib.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla DGK-nın sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası DGK sədrinin birinci müavini Şahin Soltan oğlu Bağırova həvalə edilib.

Ş.Bağırov 1965-ci ildə anadan olub, 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib.

O, 1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlayıb, Bakı Baş Gömrük İdarəsinin inspektoru, “Əli-Bayramlı” gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışıb, 2014-cü ildən DGK sədrinin müavini təyin olunub.  

Check Also

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən …