Cümə , 30 Yanvar 2026
Drone Cameras

Dövlət Komissiyası itkin düşmüş azərbaycanlıların basdırıldığı məzar yerlərinin siyahısını açıqlayıb – EKSKLÜZİV

“Azad edilmiş və Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki ərazilərimizdə məzar yerləri mövcuddur”.

Boyukmillet.com xəbər verir ki, bunu “Report”a müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

O bildirib ki, Dövlət Komissiyasında olan məlumatlara əsasən, vaxtilə işğalda olmuş Füzuli rayonunun Yuxarı Seyidəhmədli, Aşağı Seyidəhmədli, Məlikcanlı, Yuxarı Veysəlli kəndləri, Cəbrayıl rayonunun Dərzili, Çaytumas kəndi istiqamətində, Kəlbəcər rayonunun Bağırlı, Yanşaq, Qamışlıq, Ağdaban kəndi yaxınlığında, “Buzluq” dağı adlanan ərazidə, “Murovdağ” yüksəkliyində, Kəlbəcər şəhəri ərazisində, Suqovuşan kəndində, Ağdam rayonunun Sarıcalı, Qaraqaşlı, Güllücə kəndləri, Qubadlı rayonunun Göyyal kəndi, Şuşa şəhərindəki qəbiristanlıqda, Xocavənd rayonunun Edilli kəndi və hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Xankəndi şəhəri, Xocalı və Xocavənd rayonlarının, həmçinin keçmiş Ağdərə rayonunun ərazisində məzar yerləri mövcuddur.

Check Also

Nazirlər Kabineti ciddi hesabat blankları ilə bağlı qərar verib

Nazirlər Kabineti 27 avqust 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə …