Cümə , 3 Aprel 2026
Drone Cameras

Dövlət sərhədini pozmağa cəhd edən Hindistan vətəndaşları saxlanılıb

Dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla miqrasiya etmək niyyətində olan şəxslər saxlanılıb.

Boyukmillet.com  xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, fevralın 5-də saat 19:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Hindistan Respublikası vətəndaşları 1967-ci il təvəllüdlü Mohammed Ameen və 1997-ci il təvəllüdlü Deepak saxlanılıblar.

Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

Check Also

Keçən ay sərhəddə yarım tondan çox narkotik vasitə aşkarlanıb

Mart ayı ərzində dövlət sərhədində yarım tondan çox narkotik vasitə aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən …