Bazar , 19 Yanvar 2025
Drone Cameras

DSX Akademiyasına qəbul elan edilib

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasına qəbul elan edilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qəbul “Sərhəd təhlükəsizliyi və idarəetmə” və “Dəniz naviqasiyası mühəndisliyi” ali təhsil ixtisasları üzrə aparılacaq.

Nami­zədlər Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilən 1-ci ixtisas qrupu üçün nəzərdə tutulan ümumtəhsil fənlərindən test üsulu ilə qəbul imtahanları verəcəklər.

Qeyd edilib ki, Akademiyaya qəbul olmaq istəyən kişi namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

– ərizə;

– anket (anketdə soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün, qeydiyyatda olduğu və yaşa­dığı yerin ünvanı, təhsili, telefon nömrələri (şəhər və mobil) və s. göstərilməlidir);

– tərcümeyi-hal;

– özünün və yaxın qohumlarının (ata, ana, bacı, qardaş, h/yoldaşı, övladları, h/yoldaşının atası, anası, bacısı, qardaşı və s.) şəxsiyyət vəsiqələrinin surətləri;

– attestatın notariat orqanları tərəfindən təs­diq edilmiş surəti və ya attestat alınanadək namizədin orta məktəbin 11-ci sinfində oxuması haqqında arayış;

– orta-ixtisas təhsili haqqında sənədin notariat orqanları tərəfindən təs­diq edilmiş surəti;

– yaşayış yerindən arayış;

– doğum haqqında şəhadətnamənin surəti;

– valideynlərin nigah haqqında şəhadətnaməsinin surəti;

– 4 (dörd) ədəd rəngli fotoşəkil (baş geyimsiz, qırmızı fonda, 3×4 sm ölçüdə).

Məlumatda qeyd olunub ki, DSX-nin Akademiyasında təhsil almaq arzusunda olan Azər­baycan vətəndaşları aşağıdakı tələblərə cavab verməlidirlər:

Hərbi xidmətdə olmayanlar üçün –

– 2022-ci ildə 17 yaşı tamam olmalı və 20 yaşı tamam olmamalıdır.

Hərbi xidmətdə olanlar üçün –

– DSX Akademiyasına qəbul olunduğu tarixədək 23 yaşı tamam olmamalıdır.

“Müraciət edən şəxslər tam orta və ya orta-ixtisas təhsilinə malik, fiziki cəhətdən sağlam olmalıdırlar. Sənədlər Dövlət Sərhəd Xidmətinin Akademiyasına (Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti – 2942A) və ya DSX-nin yaxın­lıqda yerləşən hərbi hissələrinin kadrlar bölmələ­rinə təqdim edilməlidir”, – DSX-dən bildirilib.

Check Also

Qurumlara hərbi xidmət yaşının endirilməsi ilə bağlı dəyişikliklərin tətbiqi üçün təkliflər hazırlanması tapşırılıb

Azərbaycanda hərbi xidmətə çağırış və müddətli həqiqi hərbi xidmət keçməyə son yaş həddinin endirilməsinin tətbiqi …