Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

DSX: Xəzər dənizində 14 kiloqramdan çox marixuana aşkarlanıb

Azərbaycanın dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.

Boyukmillet.com xəbər verir ki, fevral ayının 8-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri, texniki müşahidə məntəqəsi və sərhəd gözətçi gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Lənkəran reydində, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində sahildən 14.2 mil məsafədə sənaye üsulu ilə lövbərə bağlanmış 3 ədəd kisədə ümumi çəkisi 14 kiloqram 110 qram narkotik vasitə “marixuana” aşkar olunaraq götürülüb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Check Also

Əkrəm İmamoğlu haqqında 2 430 il həbs istənilən iş üzrə məhkəmə başlayıb

İstanbul 40‑cı Ağır Cinayətlər Məhkəməsində İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri, prezidentliyə namizəd Əkrəm İmamoğlu …