“Kibertəhlükə ilə mübarizədə uğurlu nəticələrin əldə olunması üçün dövlət və özəl sektorda fəaliyyət göstərən subyektlərin, vətəndaş cəmiyyətlərinin birgə işinə ehtiyac var”.
Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəisinin müavini İlqar Musayev “Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası” (AKTA) İctimai Birliyinin təqdimat mərasimində bildirib.
Onun sözlərinə görə, DTX-də yeni fəaliyyət istiqamətləri yaradılıb: “Bu gün kibertəhlükəsizlik məsələləri dünyanın gündəmində olan bir nömrəli məsələlərdən biridir. Ona görə də hesab edirəm ki, yeni yaradılan Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası ətrafında sıx birləşməliyik”.
İ.Musayev həmçinin deyib ki, DTX tərəfindən həyata keçirilən kiber əməliyyatlar nəticəsində Azərbaycanın Silahlı Qüvvələrinə zəruri dəstək verilib.