Şənbə , 17 May 2025
Drone Cameras

“Dünyada vəhşi qətliam arayan varsa, bu, Xocalıdır” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupunun bu gün keçirilən toplantısında çıxış edərkən Xocalı soyqırımından danışıb. 

Boyukmillet.com Avropa.info-ya istinadən xəbər verir ki, Türkiyə prezidenti Xocalı şəhərində qətlə yetirilən azərbaycanlılara rəhmət diləyib.

“Xocalı faciəsində şəhid edilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirik. Dünyada vəhşi qətliam arayan varsa, bu, Xocalıdır. İnsanlıq tarixinin ən böyük zülmlərindən biri Xocalıda yaşanıb. Xocalı qatillərinə hökm kəsən ölkə gördünüzmü? Türk, müsəlmandırsa, həmin ölkələr bunu görmürlər. Biz isə Xocalı qətliamını unutmadıq, unutmayacaq və xatırladacağıq”, -deyə Ərdoğan bildirib.

Qeyd edək ki, toplantıda Xocalı soyqırımının ildönümü ilə bağlı Türkiyə-Azərbaycan İş adamları Birliyinin sədri Hüseyn Böyukfırat və Xocalıdan olan millət vəkili Elman Məmmədovla birgə bir qrup Xocalı şahidi Türkiyə Böyük Millət Məclisində iştirak edir.

 

Check Also

Türkiyə səfiri Mətbuat Şurasında olub

Türkiyənin Azərbaycandakı föqəladə və səlahiyyətli səfiri Birol Akgün Mətbuat Şurasında olub. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir