Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Dünyada ilk dəfə Ukraynaya “F-16” qırıcılarını Niderland verəcək

Dünyada ilk dəfə olaraq Ukraynaya “F-16” qırıcıları Niderland krallığı tərəfindən tədarük ediləcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müşaviri Yuri Sak bildirib.

Onun sözlərinə görə, Niderlandın artıq istifadə etmədiyi 18 “F-16”sı mövcuddur: “Həmin qırıcılar Ukraynaya tədarük edilə bilər. Əvvəlcə, onların özəl şirkətlərə verilməsi planlaşdırılırdı, ancaq bu proses təxirə salınıb”.

Məlumata görə, Avropa İttifaqının yüksək rütbəli rəsmiləri Ukrayna hərbçilərinin bu ilin payızına kimi “F-16” qırıcıları qəbul edəcəyini istisna etməyiblər.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …