Cümə , 13 Fevral 2026
Drone Cameras

Düşmən səhər saatlarında Tərtərə 120 top mərmisi atıb

Cəbhədə vəziyyət gərgin olaraq qalır.

Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu atəşə tutmaqda davam edir.

Oktyabrın 15-i səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alıb, ağır artilleriya ilə vasitəsi ilə rayonun ətraf kəndlərinə ümumilikdə 120 top mərmisi atıb. Nəticədə mülki evlərə ziyan dəyib.

Azərbaycan Ordusu tərəfindən ermənilərə qarşı adekvat cavab tədbirləri görülür.

Check Also

“Onlar Ramiz Mehdiyevdən danışmağa bu səbəbdən qorxurlar”- Sabiq deputatdan sensasion MÜSAHİBƏ

Milli Məclisin sabiq deputatı, Naftalan şəhər icra hakimiyyətinin sabiq başçısı, məşhur YAP üzvü Musa Musayev …