Bazar , 4 Oktyabr 2026
Drone Cameras

DYP-nin Ekologiya postunun komandiri işdən çıxarıldı

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Ekoloji nəzarət üzrə yol-patrul xidməti bölüyünün komandiri, polis polkovnik-leytenantı Fuad Mayılov tutduğu vəzifədən azad olunub.


Demokrat.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.


Nazirin digər əmri ilə Fuad Mayılov BDYPİ-nin Sumqayıt Regional Qeydiyyat-İmtahan və texniki baxış Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.


BDYPİ-dən APA-ya faktı təsdiqləyiblər. 

Check Also

5,2 milyon manatlıq müqavilə tender keçirilmədən Abid Şərifovun şirkətinə verilib

Həmin dövrün maliyyə hesabatında şirkətdə təxminən 260 min funt sterlinq vəsait göstərilirdi; Meydan TV bunu …