Çərşənbə axşamı , 8 İyul 2025
Drone Cameras

EBRD “Holcim Azerbaijan”dakı payını satıb – EKSKLÜZİV

Azərbaycanın ən iri sement istehsalçısı – “Holcim Azerbaijan” ASC-nin səhmlərinin 10%-nə nəzarət edən Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) payını satıb.

Boyukmillet.com-un əldə etdiyi məlumata görə, səhmləri şirkətin digər səhmdarı – İsveçrənin “Lafarge Holcim” əldə edib və payını 66%-dən 76%-ə çatdırıb.

“Holcim Azerbaijan”ın səhmlərinin qalan 10%-i əvvəlki kimi, İsveçrənin “Holcim Auslandbeteiligungs GmbH.” şirkətinə, 14%-i isə fiziki şəxslərə məxsusdur.

Xatırladaq ki, “Holcim Azerbaijan” 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 31 812 880 manatdır. 

(Report.az)

Check Also

Rusiyada xarici vətəndaşlar hərbi münaqişə və səfərbərlik dövründə xidmət edə biləcəklər

Rusiyada xarici vətəndaşlar hərbi münaqişə və səfərbərlik dövründə xidmət edə biləcəklər. Boyukmillet.com TASS-a istinadən xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir