Bazar , 28 Aprel 2024
Drone Cameras

Ekspert: “Pakistan xalqı Azərbaycanın Zəfər Gününü qeyd edir”

“Pakistan xalqı Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı qələbənin ikinci ildönümünü bərabər şəkildə qeyd edir”.

Bunu “Report”a Pakistanın Dayanıqlı İnkişaf üzrə Qlobal Strateji İnstitutunun (GSISD) təsisçi-direktoru Kayser Nəvab bildirib.

“Vətən Müharibəsi dövründə Pakistan xalqı, hökuməti və parlamenti Azərbaycanın mövqeyini dəstəkləyib. Biz hər zaman azərbaycanlı qardaşlarımızı dəstəkləmişik və əlaqələrimizi gücləndirmək üçün bundan sonra da dəstəkləyəcəyik”, – o deyib.

K.Nəvab vurğulayıb ki, qarşıdakı illərdə də Azərbaycan Pakistan ilə birlikdə davamlı tərəqqi, sülh və əməkdaşlıq şəraitində yaşamağa davam edəcək: “Əminəm ki, iki qardaş xalq arasında əməkdaşlıq və qardaşlıq telləri bundan sonra da davam edəcək. Bir daha Azərbaycan xalqını ürəkdən təbrik edirəm, Azərbaycan Respublikasına tərəqqi və sülh arzulayıram”.

Check Also

Türkiyə səfiri: Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün yaranmış tarixi fürsəti təşviq edəcəyik

Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması üçün yaranmış tarixi fürsəti təşviq edəcəyik. Boyukmillet.com xəbər verir …