Cümə axşamı , 29 Oktyabr 2026
Drone Cameras

Elçin Cəfərovun oxuduğu dini mahnı rekord qırdı – VİDEO

Müğənni Elçin Cəfərovun ATV-nin efirində oxuduğu mahnı izləmə rekordu qırıb.

İnterpress.az xəbər verir ki, Zaur Baxşəliyevin aparıcısı olduğu “Bizimləsən” verilişinə qatılan müğənni Elçin Cəfərov Ramazan ayı ilə əlaqədar dini mahnı ifa edib.

Müğənninin ifa etdiyi “La İlahə İllallah” mahnısı izləyicilər tərəfindən də maraqla qarşılanıb. 

Belə ki, mahnı oxunan zaman tamaşaçılar əllərini göyə qaldıraraq dua ediblər.

Qeyd edək ki, sözügedən mahnının sözləri mərhum rejissor Şahin Zəkizadəyə, musiqisi isə Elçin Cəfərovun özünə məxsusdur.

Check Also

Rusiya və İran prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian regiondakı vəziyyəti, eləcə də iki ölkə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir