Çərşənbə , 25 Mart 2026
Drone Cameras

Əli Kərimli barədə qərar- daha 4 ay…

AXCP sədri Əli Kərimlinin həbs müddəti uzadılıb. Bu barədə partiya rəhbərinin şəxsi Facebook səhifəsindən məlumat yayılıb.

Səbayel rayon məhkəməsinin qərarı ilə onun istintaq dövrü üçün həbs müddəti daha 4 ay artırılıb.

Məlumat üçün bildirək ki, Kərimli Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə ötən il noyabrın 29-da məsuliyyətə cəlb olunmuşdu. Onun həbs müddəti fevralın 13-də başa çatırdı.

Cavanşir Abbaslı
Musavat.com

Check Also

İlham Əliyev Fərman İMZALADI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində …