Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Əlillik təqaüdləri düzəltmək adı ilə 30 min manatdan çox pulu ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Vətəndaşlara xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi, eləcə də ali təhsil müəssisələrində oxuyan övladlarının imtahanlarına köməkliklər göstərəcəyi barədə yalan vədlər verərək 30 min manatdan çox pulu ələ keçirməkdə şübhəli bilinən Mikayıl Mirzəyev saxlanılıb.

Boyukmillet.com xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları M.Mirzəyevi saxlayıb. Məlum olub ki, o, bu məqsədlə dörd nəfər şəxsin etibarından istifadə edərək onlara qarşı dələduzluq edib.

“M.Mirzəyev barəsində məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər”, – məlumatda qeyd olunub.

Check Also

Qaradağda 66 kiloqramdan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb

Bakının Qaradağ rayonunda 66 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat …